Xəzər Xəbər

Qobu qəsəbəsində avtomobil yanıb

Hadisə | 12:13 • 7 Aprel 2019
Qobu qəsəbəsində avtomobil yanıb

Abşeron rayonunun Qobu qəsəbəsində avtomobildə yanğın olub.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində "Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri və mühərrik hissəsi qismən yanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar