Xəzər Xəbər

Bakıda özünü üçüncü mərtəbədən atan məktəbli qız öldü

Hadisə | 12:59 • 6 Aprel 2019
Bakıda özünü üçüncü mərtəbədən atan məktəbli qız öldü

Özünü pəncərədən atan məktəblı qız ölüb.


Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib.


XəzərXəbər bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a faktı təsdiqləyiblər. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.


Anası Sevil Hacıyeva qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti