Xəzər Xəbər

Atadan qızına qarşı İYRƏNC ƏMƏL: 3 il boyunca...

Hadisə | 13:13 • 6 Aprel 2019
Atadan qızına qarşı İYRƏNC ƏMƏL:

Şimali Kipr Türk Cümhuriyyətində qızını 3 il istismar edən ata həbs edilib.

Bu dəhşətli hadisə qonşuların ata və qızın münasibətindən şübhələnməsindən sonra məlum olub.

Onlar Sosial Xidmətlər Bürosuna müraciət edərək kömək istəyib, polislə işbirliyinə giriblər. Polisin araşdırmasından sonra ata həbs edilib və qızına qarşı törətdiyi əməlləri etiraf edib.

Araşdırma davam edərkən qızının telefonundan istismara məruz qalması ilə bağlı səs qeydləri aşkarlanıb. "Uşağı istismar etmə” və "cinsi təcavüz” iddiaları ilə ata H.D.-yə qarşı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə 30 il həbs cəzası verilib./publika.az

Xəbər lenti