Xəzər Xəbər

Abşeronda evdən və marketdən oğurluq edilib - saxlanılan var - FOTO

Hadisə | 16:34 • 5 Aprel 2019
Abşeronda evdən və marketdən oğurluq edilib -

Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatında etibarlı şəkildə mühafizə edilir. Bu istiqamətdə növbəti uğurlu əməliyyat Abşeron rayonu ərazisində həyata keçirilib.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Novxanı qəsəbəsində Xalıq İbrahimova məxsus, xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "Həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya göstəriblər. Əraziyə gələn polis əməkdaşları mənzilin pəncərəsinin açıq olduğunu və bir nəfərin evin hasarından aşaraq qaçmasının şahidi olublar. Hadisəni törətməkdə şübhəli bilinən şəxs onu təqib edən polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. İdarədə aparılan araşdırmalarla onun Bərdə rayon sakini Qulu Əhmədov olduğu müəyyənləşib.


Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhərində xüsusi vasitələrlə qorunan "Fresco” marketdən də oğurluq edilməsinin qarşısını alıblar. Həmin obyektdən gələn "Həyəcan” siqnalı polislər tərəfindən yoxlanılan zaman oğurluğa cəhd göstərən Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb. A.Cavadov ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.


Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti