Xəzər Xəbər

Bərdədə 3 otaqlı ev yandı

Hadisə | 10:29 • 5 Aprel 2019
Bərdədə 3 otaqlı ev yandı
Bərdə rayonunun Divanlı kəndində ümumi sahəsi 68 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti