Xəzər Xəbər

65 yaşlı kişi evində ölü tapıldı

Hadisə | 09:06 • 2 Aprel 2019
65 yaşlı kişi evində ölü tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Rzayev Vaqif Fərman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti