Xəzər Xəbər

Bakıda DƏHŞƏTLİ QƏZA 2 ölü, 2 yaralı

Hadisə | 12:16 • 1 Aprel 2019
Bakıda DƏHŞƏTLİ QƏZA

Bakıda Rəşid Behbudov küçəsində minik avtomobili 5 saylı marşrut xətti ilə hərəkət edən avtobusa çırpılıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yüksək sürətlə hərəkət edən minik avtomili idarəetməni itirib.

O, əvvəlcə piyadaları vurub, sonra avtobusa çırpılıb. Hadisə nəticəsində minik avtomobilini idarə edən 44 yaşlı sürücü və 50-55 yaşlarında kimliyi məlum olmayan qadın dünyasını dəyişib. 60 yaşlı qadın və 30 yaşlı bir kişi isə qəzada xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti