Xəzər Xəbər

Zabratda qardaşını öldürən şəxs həbs edildi

Hadisə | 13:02 • 1 Aprel 2019
Zabratda qardaşını öldürən şəxs həbs edildi
Martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.


XəzərXəbər Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumata istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş "TOZ-34” markalı ov tüfəngi götürülüb.

Xəbər lenti