Xəzər Xəbər

Tovuzda partlayış olub: 2 nəfər dağıntılar altından çıxarılıb

Hadisə | 09:21 • 1 Aprel 2019
Tovuzda partlayış olub:
Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.


Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Xəbər lenti