Xəzər Xəbər

Kafe sahibləri cərimələndi

Hadisə | 11:30 • 31 Mart 2019
Kafe sahibləri cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçiriblər.

DİN Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Xəyal" kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti