Xəzər Xəbər

Qəzaya uğrayan avtobusun sürücüsü işdən qovuldu

Hadisə | 14:17 • 30 Mart 2019
Qəzaya uğrayan avtobusun sürücüsü işdən qovuldu

Bu gün səhər saatlarında "Araz Trans" MMC-yə məxsus Tiflis-Bakı istiqamətində sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək və Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

DANX rəsmisi qeyd edib ki, "Araz Trans" MMC-nin rəhbəri Bəsti Məmmədova quruma məlumat verərək bildirib ki, avtobusu idarə edən sürücü ilə müqaviləyə bazar ertəsi xitam veriləcək.

Məlumat üçün qeyd edək ki, surucu Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, bu gecə saat 03 radələrində Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun 70-ci kilometrliyində, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Tbilisidən Bakıya hərəkət edən "Mercedes" markalı DZ 772 OH Gürcüstan dövlət qeydiyyat nişanlı avtobus idarəetməni itirərək yolun kənarında dayanmış "QAZ-53" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti