Xəzər Xəbər

Bakıda avtobus aşdı: yaralılar var

Hadisə | 12:23 • 30 Mart 2019
Bakıda avtobus aşdı:

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.


Hadisə Ələt qəsəbəsində qeydə alınıb. Aşan avtobusda 3 nəfər xəsarət alıb.


Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, qəza zamanı xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.


Yaralılar 37 yaşlı kişi kəllə beyin travması, 26 yaşlı qadın sol və sağ ayağın travması və 18 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Xəbər lenti