Xəzər Xəbər

Zabratda avtomobil piyadanı vurub

Hadisə | 15:58 • 26 Mart 2019
Zabratda avtomobil piyadanı vurub

Zabratda "VAZ-2107" piyadanı vurub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti