Xəzər Xəbər

Nazirlik: Ticarət mərkəzində söküntü işləri aparılır

Hadisə | 13:58 • 26 Mart 2019
Nazirlik: Ticarət mərkəzində söküntü işləri aparılır

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Bu barədə xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Xəbər lenti