Xəzər Xəbər

Evində halsız vəziyyətdə aşkar edildi

Hadisə | 15:27 • 20 Mart 2019
Evində halsız vəziyyətdə aşkar edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti