Xəzər Xəbər

“Kinoya baxandan sonra hər şey beynimdə oturmuşdu” Baxdığı filmlərdən təsirlənən oğru

Hadisə | 17:14 • 19 Mart 2019
“Kinoya baxandan sonra hər şey beynimdə oturmuşdu”
Ağsu polisi oğurluq edən Alim Ərəstunzadəni saxlayıb.

A.Ərəstunzadə Nizami küçəsində Samir Məmmədova məxsus mağazadan 105 manat nağd pul, 15 manat dəyərində siqaret və ətir və Ağsu şəhəri Rəsulzadə küçəsində yerləşən Rəşad Kazımova məxsus aptekdən 450 manat nağd pul, Ağsu şəhəri Səməd Vurğun küçəsində yerləşən Bəylər Xəlilova məxsus mağazadan 350 manat nağd pulu gizli yolla talayaraq vətəndaşlara maddi ziyan vurub.

Alim Ərəstunzadə -Saxlanılan şəxs:"Gecələr saat 2-də 3-də çıxıram. Mağazalara girib yarıb çıxırdım. Bir deyil, iki deyil. Evlərə də, mağazalara da girmişəm. Kinoya baxandan sonra qapını necə açmaq lazımdır, filan hər şey beynimdə oturmuşdu. Bir gün dağa çıxanda qədimi bıçaq tapdım. Yoxladım ki, yarayar ya, yox. Öz plastik qapımızda, pəncərəmizdə yoxladım. Gördüm açılır. Ancaq o bıçaqla iş görürdüm".

Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti