Xəzər Xəbər

Paytaxt sakini tapdığı silah-sursatı polisə təhvil verib

Hadisə | 14:49 • 16 Mart 2019
Paytaxt sakini tapdığı silah-sursatı polisə təhvil verib

Paytaxt sakini tapdığı silah-sursatı polisə təhvil verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş "Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 patronu polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə verib.

Xəbər lenti