Məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli binanın 3-cü mərtəbəsində baş verən yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu həlak olub.
Azvision.az–ın məlumatına görə, Eliza Əliyeva və Surxay Əliyev Bakıya Laçın rayonundan gəliblər. Məcburi köçkün ailəsi kimi həmin yataqxanaya yerləşiblər. 4 uşağ atası olan Surxay Əliyev ailəsini göyərti satmaqla dolandırırmış. Həyat yoldaşı Eliza Əliyeva isə ağır əməliyyat keçirdiyindən heç yerdə işləməyib.
Onların üç qızı və bir oğulları var. Böyük qızının həyat yoldaşı rəhmətə getdiyinə görə iki azyaşlı övladı ilə birlikdə valiydenlərinin evində qalır.
Qonşuların dediyinə görə, övladlarının ikisini evləndirən Surxay Əliyev mart ayında kiçik qızına toy etməyə hazırlaşırmış. Yanğın zamanı övladlarını xilas etsələr də, ailə başçıları tüstüdən boğularaq ölüblər.