Xəzər Xəbər

Yataqxanadakı yanğında xəsarət alanların vəziyyəti ağırdır RƏSMİ

Hadisə | 11:20 • 6 Mart 2019
Yataqxanadakı yanğında xəsarət alanların vəziyyəti ağırdır

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində ərazidəki təcili yardım briqadalarına 22 müraciət daxil olub.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, müraciət edənlərin 8-nə yerindəcə yardım göstərilib.

"14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlardan 5-i hospitalizasiya edilib və vəziyyətiləri orta ağır qiymətləndirilir. Digərlərinə ambulator qaydada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 2 nəfər isə həkimə qədər ölüm olub”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti