Xəzər Xəbər

Bakıda Rusiya vətəndaşına qarşı DƏLƏDUZLUQ

Hadisə | 11:04 • 6 Mart 2019
Bakıda Rusiya vətəndaşına qarşı

Bakıda xarici ölkə vətəndaşına qarşı dələduzluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Rusiya Federasiyası vətəndaşı, Karanayev Məhəmmədrəsul Baqauntdinoviç ərizə ilə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edərək bildirib ki, fevralın 21-də Nizami rayonu, Z.Məmmədov küçəsində Ramil adlı şəxs Rusiyanın Rostov şəhərinə pul müqabilində yük aparılmasını təşkil edəcəyinə söz verərək ondan 17000 rus rublu alaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti