Xəzər Xəbər

Şokolad almaq üçün avtomobillə MAĞAZAYA GİRDİ

Hadisə | 10:55 • 6 Mart 2019
Şokolad almaq üçün avtomobillə

Xorvatiyanın "Osiek” klubunun futbolçusu Petar Boçkay saxlanılıb.

Buna səbəb Boçkayın sərxoş halda idarə etdiyi avtomobillə mağazaya daxil olması olub.

Sevgilisiylə Xorvatiyada konsertdən qayıdan Boçkay, şokolad almaq üçün yanacaqdoldurma məntəqəsindəki mağazaya gedib, ancaq heç kimin olmadığını görərək, yenidən maşınına qayıdıb. Satıcını gözləmək istəməyən xorvat futbolçu, bu dəfə maşınıyla mağazaya daxil olub.

Hadisə zamanı bir neçə şəxsə xəsarət yetirən futbolçu, qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. 12 saat nəzarətdə qalandan sonra buraxılan Boçkayın bu hərəkətindən sonra klubu "Osiek”, onun müqaviləsinə xitam verib. Onun avtomobili sərxoş halda idarə etdiyi də qeyd olunub.

2017-ci ildən "Osiek”də çıxış edən Boçkay, 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin də formasını geyinib./Publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti