Xəzər Xəbər

Cəbhədə düşmən təxribatı davam edir

Hadisə | 10:04 • 6 Mart 2019
Cəbhədə düşmən təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənQazaxrayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdənTovuzrayonununAğdam, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənGədəbəyrayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtərrayonunun işğal altında olan Göyarx,Ağdamrayonunun Şirvanlı,Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçininGoranboyvəTərtərrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti