Xəzər Xəbər

Bakıda güclü yanğın: Ölən və yaralılar var

Hadisə | 09:14 • 6 Mart 2019
Bakıda güclü yanğın:
Bakı şəhərində güclü yanğın olub.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.

Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti