Xəzər Xəbər

İstirahət mərkəzində BƏDBƏXT HADİSƏ Əcnəbi vətəndaş xəsarət aldı

Hadisə | 14:45 • 5 Mart 2019
İstirahət mərkəzində BƏDBƏXT HADİSƏ

Qusar rayonunda istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, xarici işçilərdən biri xəstəxanaya yerləşdirilib. Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti