Xəzər Xəbər

Gəncədə narkotik alverçiləri tutulub

Hadisə | 12:06 • 5 Mart 2019
Gəncədə narkotik alverçiləri tutulub
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0.4 qram narkotik vasitə olan "heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib. Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan "heroin” aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti