Xəzər Xəbər

“Yaşıl Bazar"da oğurluq edən şəxs saxlanılıb - FOTO

Hadisə | 10:15 • 28 Fevral 2019
“Yaşıl Bazar"da oğurluq edən şəxs saxlanılıb -

Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.

DİN Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən "Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimmanov Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Xəbər lenti