Xəzər Xəbər

Narkotik vasitələrin dövlət sərhədindən gətirilməsi cəh­dinin qarşısı alınıb - FOTO

Hadisə | 13:59 • 27 Fevral 2019
Narkotik vasitələrin dövlət sərhədindən gətirilməsi cəh­dinin qarşısı alınıb -

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitə­lə­rin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sin­də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu əməliyyatlar davam etdirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəh­dinin qarşısı alınıb.

DSX-dən xezerxeber.az-a verilən məlumata görə, Sər­həd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olub. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətin­də təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələ­rində dövlət sər­hədini pozmağa cəhd edərkən İran İslam Res­pub­likasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə "tiryək” aşkarlanaraq götürülüb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticə­sində İİR vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəl­lüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saat­larında As­tara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıye­va Vü­salə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən "İstisu” adla­nan əra­ziyə gəlmələri və İİR vətəndaşı ilə görü­şə­rək on­dan narkotik vasitə əldə etmələrini etiraf edib.

Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram "heroin”, 540 qram "marixuana”, 300 qram "metamfetamin”, 64 ədəd tropikamid "mydrax”, 100 konvalyutda "pre­qabalin-150” aşkarlanaraq götürülüb.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, barələrində "həbs” qətimkan tədbiri seçilib.

İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıye­va Vü­salə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­dirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti