Xəzər Xəbər

Bu rayonda kartof əkini qadağan edildi, səbəbi...

Hadisə | 13:15 • 27 Fevral 2019
Bu rayonda kartof əkini qadağan edildi, səbəbi...

İranın Lorestan vilayətinin Silsilə rayonunda kartof əkini qadağan edilib.

Rayonun qubernatoru Şərif Xosrəvi deyib ki, müsbət nəticə olacağı halda qərar vilayətin digər rayonlarında da tətbiq olunacaq.

Ş.Xosrəvi əlavə edib ki, ötən il suya ehtiyacı olan məhsulların əkini azaldılıb. O cümlədən rayonda 3,5 min hektar kartof sahəsi 1,3 min hektara qədər azaldılıb.

Qubernator bu addımın su və torpaq ehtiyatlarının qorunması istiqamətində atıldığını deyib:

"Bunun əvəzində isə yüksək iqtisadi effektivliyi olan məhsullar, o cümlədən zəfəran və dərman bitkilərinin əkilməsi üçün proqram tənzimlənib”.(trend.az)

Xəbər lenti