Xəzər Xəbər

Ev sahibinin başına çəkiclə vurdu, xadiməni boğdu...

Hadisə | 11:55 • 27 Fevral 2019
Ev sahibinin başına çəkiclə vurdu, xadiməni boğdu...

Dəhşətli cinayətin törədilməsinə səbəb isə...

Bakıda tanışının əmlakını ələ keçirmək məqsədi ilə evinə basqın edən şəxsin məhkəməsi başlayır.

XəzərXəbər-in məlumatına görə, Rüstəmbəyov Bəkir Mustafa oğlunun məhkəmə prosesinin hazırlıq iclası fevral ayının 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Abbasovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında paytaxtın Yasamal rayonunda baş verib.

Bakı şəhər sakini Rüstəmbəyov Bəkir Mustafa oğlu tanışı Qacar Çingiz Oveyssoviçin paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Ç.Qacarın və evdə xadimə işləyən Hüseynova Mətanət Ağayar qızının təpə nayihəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib./AzNews.az

Xəbər lenti