Xəzər Xəbər

Bakı sakini qaçırdığı maşını hasara çırpdı

Hadisə | 14:12 • 26 Fevral 2019
Bakı sakini qaçırdığı maşını hasara çırpdı
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən "VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti