Xəzər Xəbər

Paytaxtda beş avtomobildən oğurluq edən şəxs yaxalanıb

Hadisə | 15:23 • 25 Fevral 2019
Paytaxtda beş avtomobildən oğurluq edən şəxs yaxalanıb

Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində "AzSamand”, "Nissan”, "Ford-Transit”, "Daewoo” və "London Taxi” markalı beş avtomobildən pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti