Xəzər Xəbər

Keçmiş məhkumdam tüfəng götürüldü qanunsuz saxlayırmış

Hadisə | 14:45 • 25 Fevral 2019
Keçmiş məhkumdam tüfəng götürüldü

Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib

Bakı şəhər sakinindən müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərovdan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Xəbər lenti