Xəzər Xəbər

Anası körpəni bir həftə evdə tək qoydu, uşaq acından öldü

Hadisə | 16:46 • 23 Fevral 2019
Anası körpəni bir həftə evdə tək qoydu, uşaq acından öldü

Rusiyanın Kirov şəhərində ananın məsuliyyətsizliyi üzündən 3 yaşında uşaq evdə tələf olub. Bir həftə mənzildə tək qalan körpə acından ölüb.

Uşağın meyitini nənəsi aşkar edib. O, nəvəsinin ad gününü təbrik etmək üçün 21 yaşlı qızının mənzilinə gəlib. Bu zaman uşağın evdə acından öldüyü aşkarlanıb.

İçki düşkünü olan ana hadisə haqda emosiyasız danışır. O, evdə uşağa hətta içməyə su da qoymadığını etiraf edir. Guya evdən bir neçə günlük çıxıb. Rəfiqəsigilə gedən qadının başı spirtli işkiyə elə qarışıb ki, övladı yadından çıxıb. Bu bir həftədə uşağa heç baş çəkməyib.

Qonşular deyir ki, Mariya adlı qadın öz körpəsiylə bu mənzildə bir neçə ildir yaşayır. O, adətən, səliqəli geyinirmiş, özünü mədəni aparırmış. İş orasındadır ki, qonşular onu sərxoş görməzmiş.

Mariyanın anası nəvəsindən həmişə zəng vuraraq xəbər tutarmış. Bu günlərdə də nəvəsini unutmayıb. Amma hər dəfə qızı hər şeyin qaydasında olduğunu deyirmiş.

Mariya evə taksiyə veriləcək pulu olmadığına görə qayıtmadığını deyir. Bu onu cinayət məsuliyyətindən azad etməyəcək. Hadisə ilə bağlı cinayət işi açılıb. Mariyanı müvəqqəti saxlanma təcridxanasına aparıblar./Bizimyol.info

Xəbər lenti