Xəzər Xəbər

Bacısını al-qana boyadı - Səbəb

Hadisə | 12:11 • 20 Fevral 2019
Bacısını al-qana boyadı - Səbəb

O, saxlanılaraq psixatriya xəstəxanasına göndərilib

Qanlı hadisə gecə saatlarında paytaxtın Xətai rayonunda qeydə alınıb.

XəzərXəbər-in məlumatına görə, 32 yaşlı Xatirə Xeyrulla qızı Nağıyeva yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb. Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralının bədənində həkimlər 3 bıçaq yarası aşkar ediblər.

Orxan Nağıyevin yaxınlarının dediyinə görə, son bir həftədir onun səhhətində ciddi problemlər olub. Hadisədən sonra O.Nağıyev 35-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq psixatriya xəstəxanasına göndərilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar