Xəzər Xəbər

9 aylıq körpəsini quyuya atıb öldürən ana... Dəhşətli cinayətin səbəbi

Hadisə | 12:52 • 20 Fevral 2019
9 aylıq körpəsini quyuya atıb öldürən ana...

O, hamilə olan zaman...

9 aylıq körpəsini quyuya atıb öldürən 46 yaşlı Hüseynova Mətanət Məmməd qızı yenidən hakim qarşısına çıxarılır.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında cəza çəkən M. Hüseynovanın anlaqlı olub-olmaması ilə bağlı Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2016-cı il fevralın 19-da Gəncə şəhərinin Kəpəz rayonunda qeydə alınıb. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Cinayəti törədən Mətanət Hüseynovanın həyat yoldaşı Telman Hüseynovun verdiyi məlumata görə, təxminən bir il əvvəl həyat yoldaşı hamilə olanda onun psixi durumunda dəyişiklik olub. Övladı dünyaya gəldikdən sonra isə bu dəyişiklik daha da artıb. Hətta körpə uşağa zor tətbiqetmə kimi hallara da rast gəlinib.

Dörd ay ev şəraitində müalicə alan Mətanət Hüseynovanın səhhətində heç bir irəliləyiş olmadığından, ailə üzvləri onu fevralın 18-də Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserinə aparıblar. Oradakı həkimlər qadının ruhi əsəb xəstəsi olduğunu, qucağındakı 9 aylıq Elmir Hüseynova zor tətbiq etdiyini, uşağı sevmədiyini və digər yersiz fikirlər səsləndirdiyini görərək, ona Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasına göndəriş yazıblar. Hətta həkimlər uşağın həyatının təhlükədə olması barədə qadının həyat yoldaşı Telman Hüseynova xəbərdarlıq da ediblər. Bir gün sonra - fevralın 19-da isə Mətanət Hüseynova 9 aylıq övladını evin həyətində olan su hovuzuna atıb. Evdə olanlar özlərini çatdırsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Onun Elmirdən başqa hərbi xidmətdə olan oğlu və ali məktəb tələbəsi olan qızı da var.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 və 120.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən M.Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti