Xəzər Xəbər

Ermənistanda benzinin qiyməti artacaq

Hadisə | 11:53 • 20 Fevral 2019
Ermənistanda benzinin qiyməti artacaq
Yaxın günlərdə Ermənistanda benzinin qiyməti kəskin şəkildə artacaq.

XəzərXəbər erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın "Fleş” MMC-nin rəhbəri Barseq Beqlaryan jurnalistlərə açıqlamasında deyib.


"Dünya bazarında benzin qiymətləri çox sürətlə artır və son 10 gündə təqribən 70-80 dollara çatıb. Ona görə də, tezliklə Ermənistanda da benzinin qiyməti mütləq qalxacaq. Yaxın zamanda siz özünüz bunun şahidi olacaqsınız” – Beqlaryan bəyan edib.

Ekspert onu da vurğulayıb ki, Ermənistan kimi heç bir karbohidrogen ehtiyatlarına malik olmayan, yanacaq təminatında tamamilə idxaldan asılı olan bir ölkə üçün benzin qiymətlərinin qalxması digər sahələrə, məsələn nəqliyyat xidmətində də qiymət artımına səbəb ola bilər ki, bu da sonda ciddi sosial etirazlar üçün qığılcım olacaq./azvision.az

Xəbər lenti