Xəzər Xəbər

Piyadanı öldürüb qaçan sürücü tutulub

Hadisə | 11:40 • 19 Fevral 2019
Piyadanı öldürüb qaçan sürücü tutulub
Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti