Xəzər Xəbər

Üç ildir axtarışda olan şəxs tutuldu

Hadisə | 15:26 • 16 Fevral 2019
Üç ildir axtarışda olan şəxs tutuldu

Paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən və üç ildir axtarışda olan şəxs Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Şəki şəhər sakini, 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan 56 yaşlı Azər Zəkərəliyev 9-cu polis bölməsinin və Baş İnformasiya Kommunikasiya İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaxalanıb.


A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti