Xəzər Xəbər

Səkkiz kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Hadisə | 11:19 • 15 Fevral 2019
Səkkiz kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, fevralın 14-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.


Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti