Xəzər Xəbər

Paytaxt sakinini qorxudaraq telefonunu əlindən alan şəxs saxlanılıb - FOTO

Hadisə | 13:02 • 14 Fevral 2019
Paytaxt sakinini qorxudaraq telefonunu əlindən alan şəxs saxlanılıb -

Sabunçu rayonunun Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun "Iphone 7” markalı mobil telefonunu əlindən alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, zərərçəkən hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis şöbəsinə məlumat verib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə əvvəllər məhkum olunmuş Röyal Səfərov şöbənin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə qarşı hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub. Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar Sabunçu RPİ-nin istintaq şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.

Xəbər lenti