Xəzər Xəbər

Novxanıda yanacaqdoldurma məntəqəsində cinayət

Hadisə | 11:28 • 14 Fevral 2019
Novxanıda yanacaqdoldurma məntəqəsində cinayət

Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a məlumat verilib.


Verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.


Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti