Xəzər Xəbər

Bakıda qadın bıçaqlanıb

Hadisə | 11:16 • 14 Fevral 2019
Bakıda qadın bıçaqlanıb

39 yaşlı Kəmalə Məmmədova bıçaqlanıb. Hadisə fevralın 14-də gecə saatlarında Xətai rayonu, Zığ yolu, 1 ünvanında baş verib. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.


Virtualaz.org-a daxil olan məlumatda bildirilir ki, qadına 3 bıçaq vurulub, yaralı kök olduğundan zərbələr daxili zədələməyib.


Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Abubəkirov bildirib ki, qadına tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.


Faktla bağlı Xətai rayon 36-cı polis bölməsi tərəfindən araşdırmaya başlanılıb. Polis bölməsindən isə deyiblər ki, hadisə ilə bağlı məlumat vermək səlahiyyətində deyirlər.

Xəbər lenti