Xəzər Xəbər

Arvadını 11 yaşlı oğlunun gözü qarşısında öldürdü! Dəhşətli cinayətin təfərrüatı

Hadisə | 14:33 • 13 Fevral 2019
Arvadını 11 yaşlı oğlunun gözü qarşısında öldürdü!

Sonra oğlunu da götürərək Qubaya getdi

Nərimanov rayon Məhkəməsində arvadını 11 yaşlı oğlunun gözü qarşısında qətlə yetirən Həsənov Fazil Şahlar oğlunun istintaq müddətində həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə baxılan məhkəmə iclasında müstəntiqin vəsatəti təmin edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nayihəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Qətli törədən Fazil Həsənovun atası Şahlar Həsənovun sözlərinə görə, oğlu ailəsilə 7 aydır Bakıda kirayədə yaşayırmış. Bir gün öncə Fazil oğlu 11 yaşlı Eminlə kəndə gəlib. Hasardan tullanaraq evə daxil olan Fazil oğlu ilə üst evdə yatıb.

Səhər açılanda - saat 7-də meyvə bağına yeşik aparan atasına yaxınlaşaraq qardaşını soruşub: "Qardaşına tək onu deyib ki, eşidəcəksiniz, məndən xəbər bilin".

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti