Xəzər Xəbər

Qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Hadisə | 13:45 • 13 Fevral 2019
Qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılar.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti