Xəzər Xəbər

Mühafizəçi iş yerini qarət etdi

Hadisə | 14:46 • 12 Fevral 2019
Mühafizəçi iş yerini qarət etdi

Abşeron rayonunda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib. Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.


Rayon Polis İdarəsindən (RPİ) xezerxeber.az-a bildirilib ki, ərazidə fəaliyyət göstərən "Asiman" MMC-yə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 23 və 20 metr uzunluğunda iki ədəd elevator kəməri və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurulub.


Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdırdıqlarını və əldə etdikləri malları 630 manata sataraq, pulu öz aralarında böldüklərini etiraf ediblər.


Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti