Xəzər Xəbər

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə | 13:47 • 12 Fevral 2019
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Həmin şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğalarını aldığı da müəyyən edilib.


Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti