Xəzər Xəbər

Axtarışda olan oğurluğa görə tutuldu

Hadisə | 14:52 • 9 Fevral 2019
Axtarışda olan oğurluğa görə tutuldu
Bakı şəhər sakini N.Xudiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək Zabrat qəsəbəsindəki evindən oğurluq edilməsini bildirib.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib. Araşdırmalar zamanı evdən 58 manat pul, 2 ədəd ətir və 2000 manat dəyərində qızıl əşyaların oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı onların Bakı şəhər sakinləri E.Osmanov və əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş M.Paşayev olmaları, həmçinin M.Paşayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Onların üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti