Xəzər Xəbər

Oğru bacıların məhkəməsi başlayır

Hadisə | 11:22 • 9 Fevral 2019
Oğru bacıların məhkəməsi başlayır

Hadisə Ramana qəsəbəsində qeydə alınıb

Sabunçu rayon məhkəməsində kişinin cibindən oğurluq edən iki bacının məhkəməsi başlayır.

Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Süleymanova Gülüstan Füzuli qızı və bacısı Könülün məhkəmə prosesi fevral ayının 11-də hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini, yetkinlik yaşına çatmayan Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan və Könül Süleymanova bacıları saxlanılıblar.

Cinayət işində Qorxmaz Hümbətovun atası Azər tanınıb./AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti