Xəzər Xəbər

İstanbulda bina uçqununda ölənlərin sayı artıb

Hadisə | 10:28 • 9 Fevral 2019
İstanbulda bina uçqununda ölənlərin sayı artıb
Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.


Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazirin sözlərinə görə, uçqun altından 14 nəfər xilas edilib. Onlardan 7-si reanimasiya şöbəsindədir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir./azvision.az

Xəbər lenti