Xəzər Xəbər

Abdurəhmanov tüfəngini polisə təhvil verdi

Hadisə | 11:15 • 8 Fevral 2019
Abdurəhmanov tüfəngini polisə təhvil verdi
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Şəki rayonu Böyük Dəhnə kənd sakini Orxan Abdurəhmanov 16 çaplı, tək lüləli ov tüfəngini könüllü olaraq ŞRPŞ-nin Sarıca Polis Bölməsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti